Bakı-APA. Liviya rəsmiləri daxili işlər nazirliyinin binasına silahlılardan ala biliblər.
İyulun 2-də silahlı adamlar DİN-in binasını ələ keçirərək əməkdaşları oradan çıxarıblar. Onlar hökumətdən Ali təhlükəsizlik komitəsini buraxmağı tələb ediblər. Ali Təhlükəsizlik komitəsi 2011-ci ilin vətəndaş müharibəsindən qalmış təşkilatdır. Təşkilatın rəhbərliyi bir müddət əvvəl DİN-in onları müdafiə etdiyi barədə bəyanatla çıxış etmişdi.