APA-nın məlumatına görə, bu barədə dövlət başçısı milli televiziyaya müsahibəsində məlumat verib. Məhəmməd əl-Maqrif sui-qəsd zamanı ölənlərin olmadığını bildirib. Onun sözlərinə görə, sui-qəsd yanvarın 5-də ölkənin cənubundakı Sebha rayonunda gerçəkləşib. Prezidentin qaldığı otelə daxil olan silahlılar mühafizəçilərlə atışmağa başlayıblar. Məhəmməd əl-Maqrif silahlıların şəxsiyyətinin müəyyənləşmədiyini deyib və onların sayını açıqlamayıb. O yalnız qeyd edib ki, 3 saat davam edən atışma səhər açılanda başa çatıb və insident zamanı üç mühafizəçi yaralanıb.