Bakı-APA. Liviyanın paytaxtı Tripolidə bərbər etnik qrupunun üzvləri ölkə parlamentinə daxil olaraq tarmar ediblər.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Milli Konqresin nümayəndəsinin sözlərinə görə, hücum edənlər parlament binasının şüşələri və mebeli qırıb, deputatlara məxsus sənədləri oğurlayıblar.
Xəsarət alanlar barədə xəbər verilmir.
Bərbərlər qəbul ediləcək yeni konstitusiyada onların dilinin və mədəniyyətinin tanınmasını tələb edirlər. Baxmayaq ki, bərbərlərin hazırda əhalinin 5-10 faizi təşkil etməsinə baxmayaq, tarixən onlar Liviya ərazisində sonradan köç salmış ərəblərdən xeyli əvvəl yaşayıblar.
Qeyd edək ki, Müəmmər Qəddafinin dövründə bərbərlər təqiblərə və diskriminasiyaya məruz qalıb.