APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş naziri bəyan edib.
“Röyter” agentliyinin xəbərinə görə, Liviyanın paytaxtı Tripolidə indiyədək avtomat atəşləri və partlayışlar səslənir. Hökumət mərkəzi hakimiyyətə tabe olmayan keçmiş inqilabi dəstələri barışdırmaqda və tərksilah etməkdə acizdir.
Qeyd edək ki, ölkədə davam edən zorakılıq fonunda ötən gün müdafiə naziri Məhəmməd əl Barqati tutduğu vəzifədən azad edilib.