Bank Of Baku

Liviyada prokuror qətlə yetirilib

Liviyada prokuror qətlə yetirilib
# 09 noyabr 2013 22:14 (UTC +04:00)

Bakı-APA. Liviyanın şərqindəki Darna liman şəhərində prokuror Məhəmməd əl-Naassanın avtomobilinə quraşdırılmış bomba işə salınıb. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində prokuror aldığı ağır yaralardan hadisə yerində keçinib.

 

Bundan bir qədər əvvəl Benqazidə 2 polis qətlə yetirilib.  

 

Ötən həftə paytaxt Tripolidə rəqib tayfalara mənsub silahlı qruplaşmalar arasında toqquşmalar baş verib. Məlumata görə, insident nəticəsində 10 nəfər xəsarət alıb, azı q nəfər ölüb.

 

Bəzi məlumatlara görə, Liviyanın DİN-i ilə əlaqəli olan qruplaşmalardan biri Misuratada digər dəstənin liderini qətlə yetirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR