Bakı-APA. Liviyanın ikinci böyük şəhəri olan Benqazidə həbsxanada baş vermiş üsyan nəticəsində 1000-dən çox məhbus həbsxanadan qaçıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş polis qüvvələrinə məhbuslara atəş açmamağa əmr verilib.
Qaçan məhbuslar arasında Müəmmar Qəddafinin rejimi ilə əlaqəli şəxslərin də olduğu bildirilir.
Liviyanın baş naziri Əli Zeydan açıqlamasında qaçan dustaqların tez bir zamanda saxlanılması üçün xüsusi xidmət orqanları və sərhəd postlarına məhbusların siyahılarının verildiyini bildirib.