Bank Of Baku

Liviyanın paytaxtında küçə döyüşləri gedir, tərəflər zenit artilleriyasından istifadə edir

Liviyanın paytaxtında küçə döyüşləri gedir, tərəflər zenit artilleriyasından istifadə edir
# 08 noyabr 2013 01:30 (UTC +04:00)

Bakı-APA.  Liviyanın paytaxtı Tripolidə rəqib qruplaşmalar arasında silahlı toqquşma baş verib, tərəflər zenit artilleriyasından istifadə edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Yerli rəsmi qurumların məlumatına görə, Tripoliyə daxil olan silahlı dəstə Misurata şəhərindən gəlmiş silahlı qruplaşmanın üzvləridir. Məlumata görə, onlar bir neçə gün əvvəl atışmada öldürülən komandirlərindən birinin intiqamını almaq məqsədilə Tripoliyə gəliblər. Atışmada 1 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilir. Yaralılar arasında mülki şəxslər var. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR