Bank Of Baku

Madaqaskarda bir qrup insan iki avropalını diri-diri yandırıb

Madaqaskarda bir qrup insan iki avropalını diri-diri yandırıb
# 03 oktyabr 2013 23:04 (UTC +04:00)

Bakı-APA. Madaqaskarda bir qrup qəzəblənmiş yerli sakin iki avropalını insan orqanlarının kontrabandasında şübhəli bilərək diri-diri yandırıb. Məlumata görə, bundan bir gün əvvəl kəndlərin birində uşaq itkin düşüb.    

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, insident turizm mərkəzi olan Nusi Be adasında baş verib. Hadisədən bir gün əvvəl polis uşağın itkin düşməsi ilə bağlı bir nəfər yerli sakini şübhəli şəxs qismində həbs edib.   

 

Polisin məlumatına görə, polis məntəqəsinin qarşısına toplaşan insanların iddiasına görə, həbs olunan şəxs pul müqabilində uşağı öldürərək daxili orqanlarını çıxarıb. Bundan sonra bir qrup qəzəblənmiş yerli sakin əcnəbilərin “ovuna” çıxıb.   

 

Ölənlərdən birinin Fransa, digərinin isə İtaliya vətəndaşı olduğu ehtimal olunur.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR