Bank Of Baku

Mali ordusu islamçıların Qao şəhərinə irimiqyaslı hücumunu dəf edib

Mali ordusu islamçıların Qao şəhərinə irimiqyaslı hücumunu dəf edib
# 24 mart 2013 03:49 (UTC +04:00)

Bakı-APA. Mali ordusu islamçı qruplaşmanın silahlılarının ölkənin şimalında yerləşən Qao şəhərinə hücumunu iki saatadək davam edən döyüşdən sonra dəf edib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

 

Yaraqlıların şəhərə daxil olması barədə xəbəri hərbçilərə yerli sakinlər verib, bundan dərhal sonra atışma başlayıb.

 

Qao şəhərinin meri “Assoşieyted Press” agentliyinə bildirib ki, islamçılar gün ərzində iki dəfə müxtəlif istiqamətlərdən şəhərə soxulmağa cəhd göstərib, lakin hər dəfə onların həmləsi dəf edilib.

 

Yanvarın sonlarında Fransa və Mali qoşunları səhəri nəzarətə alıb. O vaxtadək (keçən ilin aprelindən) şəhər islamçıların və üsyançı tuareqlərin dayaq nöqtəsi olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR