Bank Of Baku

Mali ordusu üsyançıların qanunsuz edam olunması hallarını araşdırır

Mali ordusu üsyançıların qanunsuz edam olunması hallarını araşdırır
# 25 yanvar 2013 02:19 (UTC +04:00)

Bakı-APA. Mali ordusu ölkənin şimalında islamçılarla toqquşmalar zamanı üsyançıların qanunsuz edam olunması barədə məlumatları araşdırır.   

APA-nın “BBC”yə istinadən verdiyi məlumata görə, hökumət qüvvələrinin nümayəndəsi bu xəbərləri nə təkzib, nə də təsdiq edib.

Xatırladaq ki, bir qədər öncə, İnsan haqları üzrə Beynəlxalq Federasiyası ölkənin Sevare şəhərində ən azı 11 nəfərin edam olunması barədə məlumat yayıb, bundan əlavə, qeyd olunan regionda daha 20 edam halları barədə xəbər verilir.

Qeyd edək ki, hal-hazırda Fransa ordu birləşmələri hökumət qüvvələri ilə birgə Malinin şimalında islamçı üsyançılara qarşı döyüşlər həyata keçirirlər.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR