Bank Of Baku

Malidə 65 islamçı məhv edilib

Malidə 65 islamçı məhv edilib
# 23 fevral 2013 04:45 (UTC +04:00)

Bakı-APA. Malinin şimalında Çad ordusu ilə islamçıların şiddətli döyüşü 13 hərbçinin və 65 silahlının həlak olmasıyla nəticələnib. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Çad ordusu məlumat yayıb.

 

Məlumata əsasən, silahlılara məxsus 5 nəqliyyat vasitəsi də məhv edilib. Silahlılar «Qərbi Afrikada birlik və cihad uğrunda hərəkat»ın üzvləri olublar.

 

Çad Malidə terrorçularla mübarizə aparan Qərbi Afrika ölkələrinin iqtisadi birliyinə daxil deyil. Lakin Ncamena silahlılara qarşı əməliyyatlarda fəal iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR