Bank Of Baku

Malidə fövqəladə vəziyyət elan edilib

Malidə fövqəladə vəziyyət elan edilib
# 11 yanvar 2013 22:58 (UTC +04:00)

Bakı-APA. Afrika dövləti olan Malinin ərazisində fövqəladə vəziyyət elan olunub.

 

Hökumət bu addımı ölkənin şimalını nəzarətdə saxlayan islamçıların cənuba doğru hərəkət etməsinə qarşı atıb. İslamçıların və hökumət qoşunlarının bütün təmas xətti boyunca artıq bir neçə gündür ki, şiddətli döyüşlər gedir.

 

Dünən isə fransız və alman qoşunları Mali hökumətinə dəstək olaraq ölkənin mərkəzində bir sıra mövqelərə nəzarəti ələ keçiriblər.

 

Liviyada ötən illərdə baş verən hadisələr qonşu Maliyə ciddi təsir edib. Liviyada hakimiyyətin dəyişməsi oradakı tuareqlərin Maliyə hərəkət etməsinə və bu ölkənin şimalını ələ keçirmələrinə səbəb olub. Tuareqlər Mali ərazisinin üçdə ikisini ələ keçirərək orada Azavad dövlətini elan ediblər. İndi həmin ərazilərə islamçılar da iddia edir. İslamçılar artıq tuareqlərin ölkənin şimalından qovduqlarını bildirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR