Bakı-APA. Keçən ay islamçı üsyançılardan təmizlənmiş Malinin Qao şəhərində hərbçilərlə yaraqlılar arasında toqquşmalar baş verib.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Fransanın müdafiə naziri Jan İv Le Drianın açıqlamasında bildirilir ki, Fransa və Mali hərbçiləri islamçıların nəzarətində olan şəhər rəhbərliyinin binasını ələ keçiriblər.
Nazirin sözlərinə görə, həmlə nəticəsində 5 yaraqlı öldürülüb.
Bundan bir qədər əvvəl Mali ordusunun nümayəndəsi bildirmişdi ki, fevralın 21-də Qao şəhərinə bir qrup yaraqlı daxil olub.
Üsyançılar bundan qabaqda şəhərə girməyə uğursuz cəhd etmişdilər.