Bank Of Baku

Malidə islamçı silahlılar qədim kitabxananı yandırıblar

Malidə islamçı silahlılar qədim kitabxananı yandırıblar
# 29 yanvar 2013 19:45 (UTC +04:00)

Bakı-APA. Malidə Timbuktu şəhərinin meri bildirib ki, islamçı silahlılar şəhərdən geri çəkilərkən, minlərlə qədimi kitablar saxlanılan məşhur kitabxanaya od vurublar.

 

APA-nın “BBC”yə istinadən verdiyi məlumata görə, alimlər hələlik Əhməd Baba İnstitutun zəngin kitabxanasına dəyən zərərin həcmini müəyyən etməyiblər, lakin onlar qiymətli kitabların çoxunun məhv olunduğuna əmindir.

 

Qeyd olunan kitabxanada 30 minədək qədimi manuskript və kitablar saxlanırdı, onlardan bir çoxu XIII əsrə aid olunurdu.  

 

Xatırladaq ki, Mali hərbi qüvvələri Fransa ordusunun köməyi ilə bir gün əvvəl Timbuktu şəhərini azad edib. Bu şəhər 2012-ci ilin mart ayından silahlıların nəzarəti altında olub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR