Bakı-APA. Son günlər Mavritaniyada tüğyan edən kəskin istilər ən azı 10 nəfərin həyatına son qoyub. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, hal-hazırda Mavritaniyanın cənub bölgələrində havanın temperaturu 50 dərəcə təşkil edir.
Anomal hava şəraiti səbəbindən bir neçə bölgədə məktəblər və müəssisələr bağlanıb.