Bakı-APA. Misirin «Təmərrud» hərəkatı baş nazir vəzifəsinə Atom Energetikası üzrə Beynəlxalq Agentliyin (AEBA) keçmiş rəhbəri Məhəmməd əl-Baradeinin namizədliyini irəli sürüb. Sözügedən hərəkat keçmiş prezident Məhəmməd Mursinin istefasından ötrü milyonlarla imza toplamışdı.
Bu arada Misir hökumətinin Azadlıq və ədalət partiyasını təmsil edən 9 üzvü Məhəmməd Mursinin hakimiyyətdən kənarlaşdırılmasına etiraz olaraq istefa veriblər.