“Bu əsl çevrilişdir və o rədd olunmalıdır”, deyə Mursi sosial şəbəkə səhifəsində qeyd edib.
Qeyd edək ki, Misirin müdafiə naziri Abdel Fəttah əs-Sissi bir qədər əvvəl ölkə Konstitusiyasının qüvvəsinin dayandırılması və növbədənkənar prezident seçkilərinin keçirilməsini elan edib.
APA-nın verdiyi xəbərə görə, nazir xalqa müraciətində keçid dövründə ölkə başçısı Konstitusiya məhkəməsinin sədrinin olacağını bəyan edib.
Misir KİV-lərinin məlumatına görə, Məhəmməd Mursi hərbçilərin müşayiəti ilə Prezident Qvardiyasına məxsus binaya aparılıb.