Bank Of Baku

Məhəmməd Mursi misirliləri prezidentliyinin legitimliyini qorumağa çağırıb

Məhəmməd Mursi misirliləri prezidentliyinin legitimliyini qorumağa çağırıb
# 04 iyul 2013 01:46 (UTC +04:00)

 APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” “Frans Press” agentliyinə istinadən məlumat verib.

“Məm Misirin seçilmiş prezidentiyəm. İndi isə xalqdan bu legitimliyi qorumaq tələb olunur, çünki o konstitusiyaya uyğundur”, deyə Mursi “Youtube”də yerləşdirilmiş videoçarxda bəyan edib.

 

 Qeyd edək ki, Misirin müdafiə naziri Abdel Fəttah əs-Sissi bir qədər əvvəl ölkə Konstitusiyasının qüvvəsinin dayandırılması və növbədənkənar prezident seçkilərinin keçirilməsini elan edib.

 

APA-nın  verdiyi xəbərə görə, nazir xalqa müraciətində bəyan edib ki, keçid dövründə ölkə başçısı vəzifəsini Konstitusiya məhkəməsinin sədri icra edəcək.

 

Abdel Fəttah əs-Sissi həmçinin Misirdə texniki Nazirlər Kabinetinin və Konstitusiyaya yenidən baxılması üzrə Komitənin yaradılacağını bəyan edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR