APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə yerində atəş səsləri eşidilir, lakin, tərəflər, əsasən, bir-birini daş atəşinə tutur. Hadisə baş verən əraziyə əlavə polis qüvvələri cəlb olunur.
Bundan əvvəl verilən xəbərə görə, paytaxt Qahirədə və ölkənin qərbindəki Marsa Matrux şəhərində baş vermiş toqquşmalarda 5 nəfər ölüb.
Qeyd edək ki, Misirin müdafiə naziri Abdel Fəttah əs-Sissi bir qədər əvvəl ölkə Konstitusiyasının qüvvəsinin dayandırılması və növbədənkənar prezident seçkilərinin keçirilməsini elan edib.