Bakı-APA. Misir ordusu və müvəqqəti hökuməti ölkədə siyasi böhrana son qoymaq üçün “Müsəlman qardaşlar” hərəkatının bir neçə üzvünü həbsdən azad edərək onlara üç nazir postunu təklif etmək niyyətindədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi komandanlıq və siyasi rəhbərlikdə olan mənbələrinə istinadən məlumat yayıb.
“Böhran və “Müsəlman qardaşlar”ın aksiyalarına son qoymaq üçün bu təşəbbüs irəli sürüləcək”, deyə mənbə qeyd edib. Onun sözlərinə görə, hakimiyyət hətta devrilmiş prezident Məhəmməd Mursini dəstəkləyən “Müsəlman qardaşlar”ın bank hesablarını da bərpa etməyi təklif edəcək.