Bank Of Baku

Misir hakimiyyəti islamçıların nümayişinə son qoymaq fikrindədir

Misir hakimiyyəti islamçıların nümayişinə son qoymaq fikrindədir
# 27 iyul 2013 04:56 (UTC +04:00)

Bakı-APA. Misir hakimiyyəti yaxın günlərdə devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarlarının Qahirədə keçirdikləri müddətsiz aksiyalara «qanuni yollarla» son qoymaq fikrindədir. APA-nın məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Məhəmməd İbrahim bəyan edib.

 

İslamçılar iyulun 3-dən, yəni Mursi devriləndən etibarən Qahirə dövlət universitetinin yaxınlığında müddətsiz aksiya keçirirlər. Aksiyalarda on minlərlə insan iştirak edir.

 

Nümayişçilər Mursinin hakimiyyətə qaytarılmasını, çevrilişdən sonra qəbul olunmuş bütün qərarların ləğvini tələb edirlər.

 

Daxili işlər nazirinin fikrincə, bu aksiyaların mənası yoxdur: «Misir geriyə qayıtmayacaq».

 

O həmçinin bildirib ki, aksiya keçirilən ərazidə yaşayan əhali nümayişçilərdən çoxsaylı şikayətlər edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR