Misir hakimiyyəti komendant saatının müddətini qısaldıb

Misir hakimiyyəti komendant saatının müddətini qısaldıb
# 24 avqust 2013 22:26 (UTC +04:00)

Bakı-APA. Misir hakimiyyəti ölkə ərazisində komendant saatının müddətini qısaldıb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, hökumətin dərc olunmuş qərarına görə, bundan sonra komendant saatı (cümə günləri istisna olmaqla) axşam 21.00-dan səhər 06.00-dək tətbiq olunacaq. Qeyd edək ki, bundan əvvəl komendant saatı axşam 19.00-da başlayırdı.

Misir hökumətində qeyd ediblər ki, bu qərarın verilməsində əhalinin çoxsaylı xahişləri nəzərə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR