Bakı-APA. Misir hakimiyyəti Qərbdə “Müsəlman qardaşları”nın zorakı əməllərinə diqqət verilmədiyindən narahatdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu “Profil” jurnalına müsahibəsində Misir xarici işlər naziri Nabil Fəhmi deyib.
XİN başçısı digər dövlətlərin müdaxiləsi olmadan Misirdəki vəziyyətin sabitləşəcəyinə dair Qərbin etiraf və anlayışını gözlədiyini də bildirib. Fəhmi həmçinin Misirdə zorakılıq törədənlərə qarşı beynəlxalq birliyin sərt mövqeyini gözlədiyini əlavə edib.
Misir hakimiyyəti Qərbdə “Müsəlman qardaşları”nın zorakı əməllərinə diqqət verilmədiyindən narahatdır
24 avqust 2013 04:25 (UTC +04:00)