Bank Of Baku

Misir İrandan gələn turistləri qəbul etməyəcək

Misir İrandan gələn turistləri qəbul etməyəcək
# 01 oktyabr 2013 17:58 (UTC +04:00)

Bakı-APA. Qahirə təhlükəsizlik baxımından Tehranla turizm sahəsində əməkdaşlığı dayandırmağa qərar verib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə oktyabrın 1-də yerli mətbuata Misirin turizm naziri Hişam Zaazu açıqlama verib.  

 

“Yaranmış vəziyyət bizə iranlı turistləri qəbul etməyə imkan vermir. Məsələ Nazirlər Kabinetindən yeni təlimat təqdim olunanadək dondurulub”, deyə o bəyan edib.

 

Turizm naziri qeyd edib ki, qərar milli təhlükəsizlik baxımından verilib. Lakin Zaazu bəyanata ətraflı şərh verməkdən boyun qaçırıb: “Mənim fikrimcə, iranlı turistlər digər əcnəbi turistlərdən heç nə ilə fərqlənmir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR