Bakı-APA. Misir məhkəməsi devrilmiş prezident Məhəmməd Mursinin həbs müddətini daha 30 gün uzadıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu haqda “Əl-Cəzarə” xəbər yayıb.
Misir prokurorluğu hesab edir ki, Mursi HƏMAS qruplaşması ilə gizlin anlaşma əldə edib.
Qeyd edək ki, məhz HƏMAS-ın köməkliyi ilə 2011-ci ilin yanvar ayında Mursi və daha 30 nəfər “Müsəlman qardaşları”nın üzvü həbsxanadan qaça bilib. Öz növbəsində Mursi ona həbsxanadan qaçmağa yerli sakinlərin kömək etdiyini iddia edib.