Bank Of Baku

Misir məhkəməsi prezidentin seçki barədə qərarını ləğv edib

Misir məhkəməsi prezidentin seçki barədə qərarını ləğv edib
# 06 mart 2013 21:54 (UTC +04:00)

Bakı-APA. Misir İnzibati məhkəməsi prezident Məhəmməd Mursinin aprelin 22-də parlament seçkiləri keçirmək barədə qərarını ləğv edib.

 

Daha öncə Misir müxalifətinin nümayəndələri bu seçkilərdə iştirak etməyəcəklərini bildirmişdilər. Əsas müxalifət qüvvəsi olan «Milli qurtuluş» partiyası, sol mərkəzçi «Xalq hərəkatı», həmçinin AEBA-nın keçmiş rəhbəri Məhəmməd əl-Baradeyinin tərəfdarları seçkidə iştirak etməmək qərarı veriblər.

 

Müxalifət seçkilər haqqında yeni qanunun islamçılara seçkilərdə aşkar üstünlük verdiyini iddia edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR