Bank Of Baku

Misir müxalifəti “Vətənin Xilası Cəbhəsi”ni təşkil edib

Misir müxalifəti “Vətənin Xilası Cəbhəsi”ni təşkil edib
# 24 noyabr 2012 23:13 (UTC +04:00)

 

Bakı-APA. Misir müxalifəti “Vətənin Xilası Cəbhəsi”ni təşkil edib və tərəfdarlarını prezident Məhəmməd Mursinin səlahiyyətlərinin genişlənməsinə qarşı mitinqləri davam etdirməsinə çağırıb.

 

APA-nın verdiyi xəbərə görə, yeni təşkilat Mursi hakimiyyətinin əleyhdarlarını birləşdirəcək və onların fəaliyyətini koordinasiya edəcək.    

   

“Vətənin Xilası Cəbhəsi”nə “Misir konqresi” partiyasının lideri, prezidentliyə namizəd Əmr Musa, daha bir prezidentliyə namizəd “naserçi” Hamdin Sabbahi, MAQATE-nin sabiq direktoru, “Konstitusiya” partiyasının sədri Məhəmməd Baradeyi və  “müsəlman qardaşları”nın liderlərindən biri Abdel Moneym Abu əl-Futux təşkilata daxildirlər.

“Vətənin Xilası Çəbhəsi” elan edib ki, Mursi özünə müstəsna  səlahiyyətlərin verilməsinə dair qərar ləğv olunmayana qədər hakimiyyət ilə dialoq və heç bir əməkdaşlığa getməyəcək. Yeni təşkilatın rəhbərləri misirliləri mitinqləri davam etməyə çağırıblar. Mursinin bu qərarı ilə bağlı noyabrın 24-də Misir hakimləri tətil keçirib.   

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR