Bakı. Şamil Əlibəyli – APA. Misir ordusu “Müsəlman qardaşları” hərəkatının üzvlərinə ultimatum verib. APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hərəkatın üzvləri 48 saat ərzində siyasi dəyişikliklər prosesinə qoşulmalıdırlar. Bunun üçün onlar etiraz aksiyalara və tətillərə son qoymalı və zorakılıqdan imtina etməlidir.
Qeyd edək ki, dünən Misirin müdafiə naziri Abdel Fəttah əs-Sisi misirliləri zorakılıq və terrora etiraz olaraq kütləvi aksiyalara çıxmağa çağırıb.