APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Sinayın mərkəzində və şimalındakı dağ rayonlarında yerləşən terrorçu bazalarının ləğvinə hesablanmış əməliyyatın ilkin mərhələsi 48 saat davam edəcək.
Silahlı qüvvələrin 3-cü səhra ordusunun hücumçu birləşməsinə hərbi-hava və hərbi-dəniz qüvvələri dəstək verir. Süveyş kanalının üzərindəki “Əs-Salam” körpüsü, Əhməd Hamdi adına tunel və bərələr də daxil olmaqla, yarımadanı ölkənin digər hissələri ilə birləşdirən əsas magistral yolları xüsusi nəzarətə götürülüb.
Hərbi kəşfiyyatın məlumatına görə, hədəfə alınmış terrorçuların sayı 500-dək şəxs təşkil edir. Onların hamısının 4 kv.km. ərazidə olduğu ehtimal edilir. Terrorçular yerli sakinləri canlı sədd kimi istifadə edir, bu da onları təqib etməkdə çətinlik yaradır. Bundan başqa, terrorçularda ağır silahların da olduğu bildirilir.