APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Misir prezidentinin mətbuat xidmətinin bəyanatında deyilir.
Komünikedə həmçinin konstitusiyaya dəyişikliklər edilməsi üçün müstəqil komissiyasının yaradılması təklif olunub. Bu komissiya həmçinin gələcəkdə parlamentin yeni heyətini təsdiq etmək hüququna malik olacaq.
Prezident Məhəmməd Mursinin adından yayılan bəyanat ordu komandanlığının Misirin tanınmış dini, siyasi, ictimai və gənc xadimləri ilə görüşü fonunda səslənib. Görüşdən sonra hərbçilərin xüsusi bəyanatla çıxış edəcəyi gözlənilir.