Bank Of Baku

Misir prezidenti Məhəmməd Mursi ordu komandanlığından ultimatumu geri çağırmağı tələb edib

Misir prezidenti Məhəmməd Mursi ordu komandanlığından ultimatumu geri çağırmağı tələb edib
# 03 iyul 2013 03:17 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  ötən gün prezidentin əleyhdarları və tərəfdarları arasında toqquşmalarla müşaiyət olunan izdihamlı aksiyalar davam edib. Məlumata görə, toqquşmalar nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb. Xəsarət alanların çoxu güllə yaraları ilə xəstəxanalara daxil olub, onların vəziyyətinin kritik olduğu bildirilir. 

Misir Silahlı Qüvvələrinin komandanlığı “xalqın tələblərinin yerinə yetirilməsi üçün” iyulun 1-də 48 saat vaxt verib. Misir ordusu bəyan edib ki, əks təqdirdə, ordu ölkənin böhrandan çıxarılması prosesini öz nəzarəti altında həyata keçirməyə başlayacaq. “Röyters”in məlumatına görə, Misir ordusu ölkə konstitusiyasının qüvvəsinin dayandırılması və parlamentin buraxılmasını nəzərdə tutan böhranın tənzimləməsi planını artıq tərtib edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR