Bakı-APA. Misir prezidenti Məhəmməd Mursinin ailəsi gücləndirilmiş təhlükəsizlik tədbirləri görülərək yaşadıqları Az-Zakazik şəhərindəki evdən evakuasiya edilib.
APA-nın verdiyi xəbərə görə, buna səbəb prezidentin evinin qarşısında keçirilən kütləvi etiraz aksiyası olub. Etirazçılar bir neçə dəfə polis kordonunu yarıb evə daxil olmağa cəhd ediblər.
Bildirilir ki, etiraz aksiyasında əsasən “9 aprel” radikal təşkilatının üzvləri və Naserçilər partiyasının gənclər təşkilatın fəalları iştirak edirlər.