Bank Of Baku

Misir prezidentini öldürmək istəyən əcnəbi terrorçular həbs ediliblər

Misir prezidentini öldürmək istəyən əcnəbi terrorçular həbs ediliblər
# 17 noyabr 2012 03:45 (UTC +04:00)

Bakı-APA. Misirin paytaxtı Qahirədə terrorçuluqda günahlandırılan 6 nəfər əcnəbi həbs edilib. «Əl-Əhram» qəzetinin məlumatına görə, həbs olunanlar «Əl-Qaidə» terror şəbəkəsi ilə əlaqəli olan terrorçu qruplaşmaya daxildirlər.

 

Həbs olunanlar ABŞ, Fransa, Liviya və Tunis vətəndaşlarıdır.

 

Polisin məlumatına əsasən, terrorçular bir sıra dövlət və vacib infrastruktur obyektlərində terror aktları həyata keçirməyi planlaşdırıblar. Bundan əlavə onlar bəzi nüfuzlu şəxsləri, o cümlədən Misir prezidenti Məhəmməd Mursinin qətlə yetirmək istəyiblər.

 

Bu terrorçuların sentyabrın 11-də ABŞ-ın Benqazidəki konsulluğuna edilmiş hücumda əlləri olduğu güman olunur. Həmin hücum zamanı ABŞ-ın Liviyadakı səfiri Kristofer Stivens və daha 3 amerikalı öldürülmüşdü.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR