Bank Of Baku

Misir prokurorluğu “Əl-Cəzirə” telekanalının büro rəhbəri barəsində həbs qərarı verib

Misir prokurorluğu “Əl-Cəzirə” telekanalının büro rəhbəri barəsində həbs qərarı verib
# 07 iyul 2013 00:04 (UTC +04:00)

Bakı-APA. Misir prokurorluğu Qətərin “Əl-Cəzirə” peyk telekanalının Qahirə bürosunun rəhbəri Abdelfəttah Fayed barəsində həbs qərarı verib.    

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o milli təhlükəsizliyi təhlükə altına salan əməllərə yol verməkdə ittiham olunur.

 

Bundan əvvəl polis Misirdə yayımlanan “Əl-Cəzirə Mübaşir Məsr” telekanalının ofisində axtarış və həbslər həyata keçirib. Telekanal rəhbərliyi hökumətin xüsusi razılığı olmadan efirə çıxmaqda ittiham olunub.

 

Qeyd edək ki, Hüsnü Mübarək hakimiyyəti dövründən ölkənin dövlət telekanallarında islamçıların efirə çıxmasına qadağa tətbiq edildiyi halda “Əl-Cəzirə” telekanalı “Müsəlman qardaşlar” da daxil olmaqla, daim Misir islamçılarına informasiya dəstəyi verib.      

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR