Bank Of Baku

Misir Qəzza sektoru ilə sərhəddə yerləşən nəzarət-keçid məntəqəsini bağlayıb

Misir Qəzza sektoru ilə sərhəddə yerləşən nəzarət-keçid məntəqəsini bağlayıb
# 15 avqust 2013 15:17 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Misir Qəzza sektoru ilə sərhəddə yerləşən “Rafax” nəzarət-keçid məntəqəsini bağlayıb.

 

APA-nın “Maan” saytına istinadən verdiyi məlumata görə, Misir hökuməti bu barədə qərarı ölkədə davam edən iğtişaşlarla bağlı qəbul edib.

 

Məlumata əsasən, Qəzza sektorun rəhbərliyinə artıq xəbərdarlıq edilib ki, Misirdəki vəziyyətlə bağlı insanların və yüklərin daşınması dayandırılacaq. Dünən isə sərhəddə qeydiyyat məntəqəsi bağlanıb.

 

Qeyd edək ki, Misir prezidenti Məhəmməd Mursinin avqustun 3-də devrilməsindən sonra nəzarət-keçid məntəqəsi məhdudlaşdırılmış iş rejimində fəaliyyət göstərib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR