Bank Of Baku

Misir Qəzza zolağının atəşə tutulması ilə bağlı İsraildəki səfirini geri çağırıb

Misir Qəzza zolağının atəşə tutulması ilə bağlı İsraildəki səfirini geri çağırıb
# 14 noyabr 2012 20:43 (UTC +04:00)

Bakı-APA. Misir hökuməti İsraildəki səfirini geri çağırıb. Eyni zamanda İsrailin Misirdəki səfiri Qəzza zolağının atəşə tutulması ilə bağlı Misir XİN-ə çağırılıb. Bu barədə APA Reyter agentliyinə istinadən məlumat verir.

 

İsrail Qəzza zolağında irimiqyaslı əməliyyata başladığını elan edib. Əməliyyat HƏMAS hərəkatının hərbi qanadının rəhbəri Əhməd əl-Cabarinin öldürülməsi ilə başlayıb. İsrail əməliyyatın fələstinli silahlıların intensiv raket atəşinə qarşı keçirildiyini bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR