Bank Of Baku

Misir səfirini Məhəmməd Mursinin azadlığa buraxılmasını tələb edən Tunisdən geri çağırıb

Misir səfirini Məhəmməd Mursinin azadlığa buraxılmasını tələb edən Tunisdən geri çağırıb
# 29 sentyabr 2013 02:38 (UTC +04:00)

Bakı-APA. Tunis prezidenti Monsef Marzuki BMT Baş Assambleyasının tribunasından Misirin keçmiş prezidenti Məhəmməd Mursinin azadlığa buraxılmasını tələb etdikdən sonra Misir bu ölkədəki səfirini geri çağırıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Misir televiziyası məlumat  yayıb.

 

Qeyd edək ki, Marzuki çıxışında həmçinin  digər “siyasi məhbusları”nı da azadlığa buraxılmasını Misir hakimiyyətindən tələb edib. Tunis prezidenti bəyan edib ki, ərəb ölkələrinin xalqları “avtoritar rejimlərin” hakimiyyətə qayıtmasına yol verməyəcəklər.

 

Bundan əvvəl analoji səbəbə görə Birləşmiş Ərəb Əmirlikləri səfirini Tunisdən geri çağırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR