Bakı-APA. Misir Suriya ilə diplomatik əlaqələri kəsib və Dəməşqdəki səfirini geri çağırıb. Bu barədə Misir prezidenti Məhəmməd Mursi bəyan edib.
Mursinin qərarına əsasən, Suriyanın Qahirədəki səfirliyi bağlanacaq. Bundan əlavə, o Livanın «Hizbullah» hərəkatının liderlərindən döyüşçülərini Suriya ərazisindən çıxarmağı tələb edib.
Prezident Mursi bu bəyanatını Qahirədə keçirilən «Suriyanı dəstəkləyək» konfransında səsləndirib.