Bakı-APA. Misirin xarici işlər naziri Məhəmməd Camal Amr istefa verib. Bu barədə «Əl-Cəzirə» telekanalı məlumat yayıb.
Daha öncə Misir hökumətinin 10 naziri və 3 vali istefa vermişdi.
Xatırladaq ki, dünən Misir Silahlı Qüvvələrinin komandanlığı bəyanatla çıxış edib.
APA-nın məlumatına görə, bəyanatda yaranmış böhranın aradan qaldırılması üçün siyasətçilərə 48 saat vaxt verilib.
“Silahlı Qüvvələr yenidən xalqın tələbini yerinə yetirməyə çağırır və ölkədə yaranmış mövcud böhranlı vəziyyətin aradan qaldırılması üçün sonuncu şans kimi hər kəsə 48 saat vaxt verir”, – deyə bəyanatda qeyd olunur.