Bakı-APA. Misirin güc strukturları 11 nəfər terrorçunun həbs olunduğunu bəyan edib. APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, ordu nümayəndəsi terrorçuların Sinay yarımadasının şimal hissəsində ələ keçdiyini bildirib.
Saxlanılanlar arasında iki nəfər fələstinlinin olduğu bildirilir.
Hazırda Misir ordusu polis qüvvələrinin köməyi ilə Sinay yarımadasında terror yuvalarının məhv edilməsinə yönəlmiş əməliyyat keçirir.