APA-nın verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” agentliyi ölkənin hüquq-mühafizə qurumlarındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ultra mühafizəkar cihadçı salafilər qruplaşmasının üzvü olan Məhəmməd əz-Zəvahiri Qahirə yaxınlığındakı Gizə əyalətində nəzarət-buraxılış məntəqəsində saxlanılıb.
Qeyd edək ki, Məhəmməd əz-Zəvahiri Misirin devrilmiş prezidenti Məhəmməd Mursi ilə sıx əlaqədə olub.
Hadisənin digər təfərrüatları açıqlanmır.