Bank Of Baku

Misirdə baş vermiş ağır qəzada 9 meksikalı turist ölüb, 22 nəfər yaralanıb

Misirdə baş vermiş ağır qəzada 9 meksikalı turist ölüb, 22 nəfər yaralanıb
# 31 may 2013 19:09 (UTC +04:00)

Bakı-APA. Misirin Sinay yarımadasında bu gün baş vermiş ağır qəzada 9 nəfər ölüb, 22 nəfər yaralanıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, ölən və yaralananların hamısı Meksika vətəndaşlarıdır.  

 

Məlumata görə, turistlərlə dolu avtobus Misirin Dahab kurortuna hərəkət edərkən, sürücü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Polisin məlumatına görə, qəza nəticəsində avtobusda yanğın başlayıb.  

 

Hadisə yerinə 12 tibbi yardım maşını cəlb olunub. Avtobusda 40 sərnişin olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR