Bakı-APA. Misir hökuməti ölkə ərazisində tətbiq edilən fövqəladə vəziyyətin müddətinin daha 2 ay uzadılması barədə qərar qəbul edib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə yerli KİV-lər məlumat yayıb.
Xatırladaq ki, fövqəladə vəziyyət Misirdə avqustun 14-də bir ay müddətinə elan olunmuşdu.