Bakı-APA. Qahirə ətrafında orduya yeni çağırılanları daşıyan hərbi qatar relsdən çıxıb. Hadisə nəticəsində 15 nəfər həlak olub, 96 nəfər isə yaralanıb. Bu barədə APA Reuters-ə istinadən məlumat verir.
Məlumata görə, yaralıların çoxunun vəziyyəti ağırdır.
Hadisənin səbəbini araşdırmaq üçün xüsusi hökumət komissiyası yaradılıb.