Bank Of Baku

Misirdə iğtişaş qurbanlarının sayı 578-ə çatıb

Misirdə iğtişaş qurbanlarının sayı 578-ə çatıb
# 15 avqust 2013 21:21 (UTC +04:00)

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, müvafiq açıqlamanı Misirin Səhiyyə Nazirliyi yayıb.

 

Bundan əvvəl 43-ü polis olmaqla 525 nəfərin öldüyü bildirilirdi.

 

Misir DİN-in birləşmələri ordu hissələri ilə birgə avqustun 14-də Mursi tərəfdarlarının Qahirədə qurduğu çadır düşərgələrini dağıtmağa başlayıb. Daha sonra toqquşmalar digər əyalətlərə də yayılıb.   

 

İslamçılar polisin odlu silah istifadə etdiyini və 3000 nəfərdən çox insanın öldüyünü iddia edirlər. Misir hakimiyyəti ölkədə fövqəladə vəziyyət və komendant saatı elan edib.   

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR