Bank Of Baku

Misirdə iğtişaşlar şiddətlənir, toqquşmalarda 1 nəfər qətlə yetirilib

Misirdə iğtişaşlar şiddətlənir, toqquşmalarda 1 nəfər qətlə yetirilib
# 09 mart 2013 18:24 (UTC +04:00)

Bakı-APA. Misirin paytaxtı Qahirədə kütləvi etiraz aksiyaları zamanı bir nəfər həlak olub. Qeyd edək ki, yeni iğtişaşlar Port Səid şəhərinin stadionunda baş vermiş iğtişaşların iştirakçılarına hökm elan olunduqdan sonra başlanıb.    

 

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bir müddət əvvəl məhkəmə futbol fanatlarına ölüm hökmünü qüvvədə saxlayıb, cinayət işi üzrə cəlb olunmuş polis əməkdaşları barəsində isə bəraət qazandırıb. Bu qərar cəmiyyətdə böyük narazılığa səbəb olub.  

 

Xatırladaq ki, 2012-ci ilin fevralında Port Səid stadionunda futbol matçı iğtişaşlarla nəticələnib. Fanatlar arasında baş vermiş toqquşmalarda 74 nəfər həlak olub.    

 

Məhkəmənin qərarı ilə 21 fanat ölüm cəzasına məhkum olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR