Bank Of Baku

Misirdə İsrail-HƏMAS danışıqları başlayıb

Misirdə İsrail-HƏMAS danışıqları başlayıb
# 16 fevral 2013 03:53 (UTC +04:00)

Bakı-APA. Misirdə İsrail və Fələstinin HƏMAS qruplaşması arasında danışıqlar gedir. Bu barədə APA MIGnews.com-a istinadən məlumat verir.

 

Məlumata əsasən, tərəflər Qəzza zolağının blokadasının zəiflədilməsini, o cümlədən Rəfa keçid məntəqəsinin açılışını müzakirə edirlər.

 

Misir tərəfi danışıqlarda vasitəçi qismində iştirak edir.

 

Xatırladaq ki, Qəzza zolağının blokadası 2006-cı ildə israilli əsgər Gilad Şalitin fələstinlilər tərəfindən oğurlanmasından sonra başlayıb. Gilad Şalit 2011-ci ildə azad edilib. Qəzza zolağına HƏMAS qruplaşması nəzarət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR