APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bildirilir ki, səslərin 95,5% hesablanıb. “Müsəlman qardaşları”nın nümayəndəsinin fikrincə referendumun ümumi nəticələrinə görə seçicilərin 60%-i yeni konstitusiyanı dəstəkləyib.
Referendumun rəsmən nəticələri dekabrın 24-də ölkənin bütün əyalətlərindən məlumatların daxil olmasından sonra elan olunacaq.
Referendumun ikinci mərhələsində seçicilərin aktivliyi aşağı olub -30%. 25 milyon seçicidən 8 milyonu səs verib.
Yeni konstitusiya qəbul olunduğu təqdirdə 2013-cü ilin əvvəlində Misirdə yeni parlament seçkiləri keçiriləcək.