Bank Of Baku

Misirdə Məhəmməd Mursi tərəfdarları ilə əleyhdarları arasında toqquşmalar davam edir

Misirdə Məhəmməd Mursi tərəfdarları ilə əleyhdarları arasında toqquşmalar davam edir
# 20 iyul 2013 04:57 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölənlərin hamısı Mursinin tərəfdarları olan qadınlardır. Onların güllə yaralarından keçindikləri bildirilir.   

 

Misirin şimal paytaxtı İsgəndəriyyə şəhərində  toqquşmalar hazırda da davam edir. Paytaxt Qahirədə Mursi tərəfdarları beynəlxalq aeroport istiqamətində kütləvi yürüş etməyə planlaşdırırlar. Aeroporta gedən yollar hazırda Misir ordusunun birləşmələri tərəfindən tam  nəzarətə götürülüb.      

 

Qeyd edək ki, bundan əvvəl islamçılar cümə günü “qanunçuluğun bərpası məsələsində dönüş”  olacağını bəyan ediblər. Onların aksiyası müqəddəs Ramazan ayının 10-cu gününə təsadüf edib. Mursi  tərəfdarlarının toplaşdığı əsas məkan Rabbiə əl-Ədaviyyə meydanıdır. Liberal siyasi qüvvələr və hərbçiləri dəstəkləyən insanlar, ənənəvi olaraq, Təhrir meydanına toplaşır.     

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR