Bakı-APA. Misir məhkəməsi fevralın 9-da YouTube videoportalına girişin bir ay müddətinə bağlanması barədə qərar qəbul edib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, buna səbəb portalda «Müsəlmanların məsumluğu» filminin yerləşdirilməsi olub.
Məhkəmənin YouTube videoportalına blok qoyulması barədə qərarı rabitə nazirliyinə təqdim edilib.
Anti-islam xarakterli «Müsəlmanların məsumluğu» filminin YouTube videoportalında yerləşdirilməsi onlarla müsəlman ölkəsində kəskin etirazlara səbəb olub.